66febb5c-675a-447c-b7b2-1449a76285b7..jpg

Bakıda 175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb

Baxış sayı: 825 dəfə baxılıb.

Bakıda 175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İl ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 məktəbəqədər
təhsil müəssisəsində monitorinqlər keçirilib.

Bu barədə İdarədən məlumat verilib.

Bildirilib ki, monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və
nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə
qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin
öyrənilməsi, həmçinin tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra
intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil
edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin
görülməsindən ibarətdir.

Source link