Bakıda əmlak alqı-satqısı saytlarından birində 20 milyon manata ərazi satılması ilə bağlı elan yerləşdirilib.
ÇıxışYolu.Com xəbər verir ki, bir hektardan biraz artıq olan torpaq “20 yanvar” dairəsi kimi tanınan ərazidə, Milli Onkologiya Mərkəzinin yaxınlığında yerləşir.
Torpaq sahibi yerləşdirdiyi elanda yazır: “Qiyməti 12 milyon dollardır. Real alıcıya cüzi endirim mümkündür”.