dd18ff59-29d6-4483-b050-1adb01751d58..jpg

Bakıda 20 yaşlı qız yenidən itkin düşdü

Baxış sayı: 952 dəfə baxılıb.

Bakıda 20 yaşlı qız yenidən itkin düşdü

Bakıda 20 yaşlı qız yenidən itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon
Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək qeyd edib ki,
qızı 2003-cü il təvəllüdlü Əfsanə yaşadığı evdən çıxıb, naməlum istiqamətə
gedərək bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri: boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları
qara.

Əfsanə İsmayılova barəsində hər hansı bir məlumatı olan şəxslərin Xəzər Rayon
Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə – 055-211-81-74, 051-571-03-11,
050-257-55-55 012-590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək
məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Əfsanə İsmayılova bir neçə ay əvvəl də evdən çıxaraq naməlum
istiqamətdə getmiş və itkin düşmüşdü. Həmin vaxt 3-cü Polis Şöbəsinin
əməkdaşları tərəfindən həyata keçirilən axtarışlar nəticəsində onun yeri
müəyyən edilmiş və Əfsanə tapılaraq ailəsinə təhvil verilmişdi.

Source link