dcf9ac33-bba4-423c-b388-57085f1682ec..jpg

Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR

Baxış sayı: 638 dəfə baxılıb.

Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən K.Salahovun barəsindəki qərardan
verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, şirkətlərdən birinin direktoru olan K.Salahov öz qulluq
mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə
özgənin əmlakını ələ keçirib.

Belə ki, o, 10 vətəndaşın evini inşa edib tam təmirli vəziyyətdə təhvil
verəcəyinə dair yalandan vəd verib. Təqsirləndirilən bu adla paytaxt ərazisində
həmin şəxslərin ümumilikdə 206 329 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə K.Salahov 3 il 5 ay 28 gün müddətinə
azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Source link