Bakıda 21 yaşlı gənc itkin düşüb

Bakıda 21 yaşlı gənc itkin düşüb

Baxış sayı: 3. 029 dəfə baxılıb.

Bakıda 21 yaşlı gənc itkin düşüb

Şəkidə övladlığa götürülən uşaq müəmmalı şəkildə yoxa çıxıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, Şəki rayonu Orta Zəyzid kəndində yaşayan Abbasov Rafiq Musa oğlunun övladlığa götürdüyü 1997-ci il təvəllüdlü Abbasov Çingiz Rafiq oğlu itkin düşüb. 

Abbasov Çingiz Balakən rayonunda anadan olsa da, Şəki rayon Orta Zəyzid kəndində qeydiyyatda olub.

5-6 ay əvvəl Bakı şəhəri, Binəqədi rayonuna gedib. Orada yaşamağa başlayan Abbasov Çingiz ailəsi ilə əlaqə saxlamayıb. 

Atası Abbasov Rafiq oktyabrın 29-dan bu günə qədər oğlunun telefonuna zəng çatmadığına və oğlundan heç bir xəbər almadığına dair Şəki rayon Polis Bölməsinə məlumat verib. 

Faktla bağlı Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsində araşdırma başladılıb.

Könül Cəfərli 
www.ÇıxışYolu.Com