Bakıda 22 yaşlı gənci bıçaqlayan tutuldu

Bakıda 22 yaşlı gənci bıçaqlayan tutuldu

Baxış sayı: 2. 879 dəfə baxılıb.

Bakıda 22 yaşlı gənci bıçaqlayan tutuldu

Bakı Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Əvəz Rzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə o, dörd il müddətinə azadlıqdan məhrum edilib. Ə.Rzayevin barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv olunub, o, məhkəmə zalından həbs edilib. 

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonunda baş verib. Həmin ərazidə 1997-ci il təvəllüdlü Nicat Bayramov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralının həyatını xilas etmək mümkün olub.

Həyata keçirilən tədbirlər nəticəsində ona bıçaq xəsarəti yetirən şəxsin 1960-cı il təvəllüdlü Ə.Rzayev olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.