96f979cb-34fc-4738-a5ae-b4bee8cfc4fb..jpg

Bakıda 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb – VİDEO

Baxış sayı: 845 dəfə baxılıb.

Bakıda 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb – VİDEO

Xətai və Qaradağ rayonlarında transformator məntəqələrindən 25 min manatlıq
elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və
cərəyan transformatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli
elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin
əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti
törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb.
Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində
də iki yerdən transformator məntəqələrinə qanunsuz daxil olaraq oradan
oğurluqlar etdiyi məlum olub.

Qeyd edək ki, Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25
min manata yaxın maddi ziyan vurub. Faktlarla bağlı toplanan materiallar Xətai
Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəyanət Kərimli barəsində
cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Source link