Bakıda 32 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Martın 14-ü, saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1992-ci
il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna
məlumat daxil olub.
Bu barədə Yasamal Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal
rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında
yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev prokurorluğun qərarı ilə
iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.