45007242-29aa-47f8-9516-50413747aede..jpg

Bakıda 32 yaşlı kişini döyüb başından bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı – YENİLƏNİB

Baxış sayı: 587 dəfə baxılıb.

Bakıda 32 yaşlı kişini döyüb başından bıçaqlamaqda şübhəli bilinən şəxs
saxlanıldı – YENİLƏNİB

Bakının Sabunçu rayonunda şəxsi münasibətlər zəminində 1991-ci il təvəllüdlü
Əlyar Mirzə oğlu Əsgərovu döydükdən sonra başına bıçaqla xəsarət yetirməkdə
şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı
Nurlan Əliyev məlumat verib.

O bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli
törətməkdə şübhəli bilinən Ələsgər Tağıyev müəyyən olunaraq saxlanılıb. İlkin
məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Müvafiq
ekspertizalar təyin olunub. Məsələ ilə bağlı hazırda təhqiqat araşdırması
aparılır.

09:12

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əlyar
Mirzə oğlu Əsgərov əvvəlcə döyülüb, sonra bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı
ona baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Source link