Binəqədi polis idarəsində bir nəfər özünə xəsarət yetirib.
“Report” xəbər verir ki, 1977-ci il təvəllüdlü Cabbarov Emin İsgəndər oğlu özünü bıçaqlayıb.
Onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparıblar.
Yaralıya qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Bildirilir ki, Emin Cabbarov cinayət işi törətdiyinə görə, polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Onun cibində bıçaq olduğundan özünə xəsarət yetirib.