4a3265ad-edc3-4cc4-9e21-3614709678d7.jpg

Bakıda 5 nəfərdən 13 kiloqram narkotik aşkarlanıb

Baxış sayı: 34 dəfə baxılıb.

Bakının Nərimanov rayonunda narkokuryerlik etməkdə şübhəli bilinən 5 nəfərdən
13 kiloqram narkotik aşkarlanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
xidməti məlumat yayıb.

Bildirilib ki, son 10 gün ərzində keçirilən tədbirlərlə paytaxt sakinləri
Röyal Şahhüseynov, Rahid Məmmədov, Kənan Niftalıyev, Mirəli Sadıqov və Samir
Əliyev saxlanılıblar.

Onlardan ümumilikdə 13 kiloqram yüksək təsiredici xassəyə malik narkotik
vasitə heroin, tiryək, marixuana, metamfetamin, həmçinin 660 ədəd satışı
qadağan olunan psixotrop tərkibli metadon və preqabalin həbi aşkarlanıb.
Saxlanılanların paytaxt ərazisində narkokuryerliklə məşğul olan şəbəkənin əsas
üzvlərindən olduqları müəyyən edilib.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakıda 5 nəfərdən 13 kiloqram narkotik aşkarlanıb
Bakıda 5 nəfərdən 13 kiloqram narkotik aşkarlanıb

Source link