Bakıda 50 minlik qızıl oğurlayan dəstə üzvlərinin məhkəməsi başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Rəşad Novruzov və Hikmət Arzumanovun
barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər
biri 8 il azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxslər paytaxtın Nərimanov rayonu
ərazisindəki mənzillərdən birinə daxil olaraq oradan çəkisi 99 qram olan qızıl
boyunbağı oğurlayıb. Oğurlanan zinət əşyası 50 min manat dəyərində
qiymətləndirilib. Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri
əməliyyat nəticəsində hadisəni törətməkdə təqsirləndirilən R.Novruzov və
H.Arzumanov saxlanılıblar.