4805f667-b81a-43d7-bb01-35481ae882f0..jpg

Bakıda 53 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb – YENİLƏNİB

Baxış sayı: 538 dəfə baxılıb.

Bakıda 53 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 53 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Sabunçu Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 25-də 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovun qəsdən
öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Adil Əsgərovun Sabunçu rayonu, Zabrat
qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Firdovsi
Nəcəfovu dəmir parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Adil Əsgərov şübhəli şəxs
qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

18:18

Oktyabrın 25-də saat 17 radələrində paytaxtın Sabunçu rayonu Zabrat
qəsəbəsində 1970-ci il təvəllüdlü Firdovsi Tofiq oğlu Nəcəfovun küt alətlə
qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, cinayət
əməlini törətməkdə şübhəli bilinən 1988-ci təvəllüdlü Adil Xəlil oğlu Əsgərov
polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Source link