Bakıda 54 yaşlı kişi evdə diri-diri yanıb

Bakıda 54 yaşlı kişi evdə diri-diri yanıb

Baxış sayı: 4. 330 dəfə baxılıb.

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə bir ədəd çarpayı və iki ədəd televizor yanıb.

Fövqəladə Hallar Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Seyidov Slavik Seyid oğlunun qismən yanmış meyiti aşkar olunub. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com