155d96d3-ae75-47e8-a2ce-184f4360c9fa..jpg

Bakıda 56 yaşlı şəxs qətlə yetirilib

Baxış sayı: 536 dəfə baxılıb.

Bakıda 56 yaşlı şəxs qətlə yetirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonu Binə qəsəbəsində qətl hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, noyabrın 13-də saat 18:30 radələrində Xəzər rayonu Binə
qəsəbəsində 1967-ci il təvəllüdlü Vidadi Feyruz oğlu Əliyevin kəsilmiş-deşilmiş
xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum
olunmuş 1971-ci il təvəllüdlü Bəhriş Müşdaba oğlu Fərəcov polis əməkdaşları
tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Source link