Bakıda 63 min manatlıq qızıl oğurlayan şəxs ələ keçdi

Bakıda 63 min manatlıq qızıl oğurlayan şəxs ələ keçdi

Baxış sayı: 5. 706 dəfə baxılıb.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan cinayətlər əleyhinə mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, martın 28-də bu istiqamətdə keçirilmiş tədbirlərlə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətlərinin bir neçəsinin üstü açılıb.

Belə ki, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Səbail rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırma zamanı ev sahibi olan qadın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63.400 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların  Bakı şəhər sakinləri Sərxan Bayramov və Teymur Şahpələngov olduqları müəyyən edilib. Oğurladıqları qızıl-zinət əşyalarının bir çoxu polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

.
www.ÇıxışYolu.Com