5036f11d-f977-4c07-a456-fe68e2ce84c9..jpg

Bakıda 71 yaşlı qadını avtomobil vurdu

Baxış sayı: 753 dəfə baxılıb.

Bakıda 71 yaşlı qadını avtomobil vurdu

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.

“Report”un məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1952-ci
il təvəllüdlü Mehdiyeva Sürəyya Dədəxan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə
zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Source link