6fa857e1-2b16-498b-9fbd-1778a517e79f..jpg

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub

Baxış sayı: 782 dəfə baxılıb.

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub

Oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində
sərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları
Heydər Əliyev sərginin açılışında iştirak ediblər.

Sərginin rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra iştirakçı
şirkətlərin stendləri ilə tanışlıq olub.

Məlumat verildi ki, 8 min kvadratmetr sahədə yaradılan sərginin pavilyonunda
36 ölkədən 150 şirkətin stendləri iştirakçılara təqdim edilir.

Dövlətimizin başçısı və birinci xanım Türk Kosmik Agentliyinin, Səudiyyə
Ərəbistanının Kosmik Agentliyinin, ABŞ-ın Milli Aeronavtika və Kosmos
Administrasiyasının (NASA), Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının,
“Israel Aerospace Industries” şirkətinin, İtaliyanın Aeronavtika və
Astronavtika Assosiasiyasının, Çinin Astronavtika Cəmiyyətinin və digər
şirkətlərin stendlərinə baxdılar.

Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22
şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Belə
ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya,
Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri
geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru var.
Konqresin “premium”, “platinium”, “qızıl”, “gümüş” və “bürünc” sponsorluq
paketlərini əldə edən şirkətlər arasında ABŞ-ın “Space X”, “Axiom Space”, “Blue
Origin”, “Boeing”, “Lockheed Martin”, “BlackSky” “Vast”, “Northrop Grumman”
şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, “Plan S”
texnologiya şirkəti, Səudiyyə Ərəbistanının Kosmik Agentliyi, “Israel Aerospace
Industries” şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin Muhammed Bin Rəşid Kosmik
Mərkəzi, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik
Tədqiqatlar Agentliyi, “ispace”, “JGC Holdings Corporation”, “Astroscale”
şirkətləri, “Airbus” şirkətinin Almaniyadakı ofisi, Beynəlxalq Kosmik Rabitə
Təşkilatı “İntersputnik”, Portuqaliyanın “Neuraspace”, Bolqarıstanın
“EnduraSat”, Avstriyanın “Asgardia Space”, İtaliyanın Aeronavtika və
Astronavtika Assosiasiyası, Böyük Britaniyanın Kosmik Agentliyi, Amazonun
“Kuiper” layihəsi, “Jet Propulsion Laboratory”, “Voyager Space” şirkətləri yer
alır.

Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya
müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının
arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb.
Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi,
cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə
üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans,
texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin
beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın
110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın
üzvüdür.

Source link