Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74 500 manatdan
artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən üç nəfəri
saxlayıb.
Daxili İşlər Nazirliyindən Cixisyolu.com-a verilən xəbərə görə, polis əməkdaşları
dələduzluğa məruz qalan vətəndaşların müraciətləri əsasında əməliyyatlar
keçiriblər.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə bir nəfərin 63 000 manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9 000 manatını, Binəqədi
RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2
530 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 47 yaşlı
R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov
və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.