6b39e85e-5a59-4bd8-95a5-0cd045fba1bf..jpg

Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu

Baxış sayı: 850 dəfə baxılıb.

Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs
olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda vətəndaşların etibarından istifadə edərək, onlara qarşı külli miqdarda
dələduzluq etməkdə təqsirləndirilən dəstə üzvləri – Rufan Qasımov, Cavid
Əliyev, Orxan Həsənov və Namiq Bayramov məhkəmə zalında həbs ediliblər.

“Report”un məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi Pərvin Məsimov vəsatət qaldıraraq,
təqsirləndirilən şəxslərin zərərçəkmişlərə dəyən zərərin ödənilməməsi
səbəbindən onlar haqqında polisin nəzarət altına vermə qətimkan tədbirinin
dəyişdirilərək barələrində həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Müşavirədən sonra məhkəmə vəsatəti təmin edərək təqsirləndirilən şəxslər –
Rufan Qasımov, Cavid Əliyev, Orxan Həsənov və Namiq Bayramov məhkəmə zalından
həbs edilmələri barədə göstəriş verib.

Xatırladaq ki, bundan öncə təqsirləndirilən şəxslərdən yalnız Zaur Zahidov
həbsdə idi.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi (TƏBİB), Səhiyyə Nazirliyi, Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı ASC, Novruz Əlimirzəyev və Rəşat Əhmədov tanınıb.

N.Bayramov, O.Həsənov, Z.Zahidov, R.Qasımov və C.Əliyevə qarşı Cinayət
Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci
(Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi
istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür
sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət
təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham
irəli sürülüb.

Xatırladaq ki, Z.Zahidov əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə
altı il altı ay müddətə, R.Qasımov Tərtər Hərbi Məhkəməsinin hökmü ilə beş il
altı ay müddətə, C.Əliyev isə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə iki il
doqquz ay müddətə həbs ediliblər. O.Həsənov isə Fövqəladə Hallar Nazirliyinin
(FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Neft Şirkəti Obyektləri üzrə
Yanğından Mühafizə İdarəsinin Ümumi şöbəsinin rəisi olub.

Source link