Paytaxtın Binəqədi rayonunda 13 yaşlı qız təcavüzə uğrayıb.
Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə martın 5-də, saat 16:00 radələrində Stroy Detal küçəsində baş verib.
1937-ci il təvəllüdlü K.Hacıyev köməksiz qaldığını göstərərək 13 yaşlı qızdan ona yolu göstərməyi xahiş edib. Lakin qız Hacıyevə kömək etmək istəyəndə 81 yaşlı kişi onu tutaraq qucaqlamağa və öpməyə başlayıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.
Ülvi Kərimov
www.ÇıxışYolu.Com