36f9c32e-77f1-4f20-8028-88b22b3a0c82..jpg

Bakıda 85 yaşlı qadın su quyusuna düşdü – VİDEO

Baxış sayı: 563 dəfə baxılıb.

Bakıda 85 yaşlı qadın su quyusuna düşdü – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində bir nəfərin su quyusuna
düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal
çağırış ünvanına cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki,
1938-ci il təvəllüdlü vətəndaş S.Cəfərova fərdi yaşayış evinin həyətyanı
sahəsində dərinliyi təqribən 8 metr olan su quyusuna düşərək təhlükəli
vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı
quyudan çıxararaq xilas ediblər.


Source link