5a483689-dd85-48fd-8eb4-2e2670da015e..jpg

Bakıda 9-cu beynəlxalq kitab sərgisinin açılışı olub – FOTO

Baxış sayı: 701 dəfə baxılıb.

Bakıda 9-cu beynəlxalq kitab sərgisinin açılışı olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində
ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı
Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

“Report” xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli,
Azərbaycan insan hüquqları üzrə müvəkkili, deputatlar və digər rəsmi şəxslər
iştirak ediblər.

Sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya
və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgidə Azərbaycanın xalq
yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və
aktyorlar iştirak edirlər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və
digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar,
simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun
subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində
müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Sərginin fəxri qonaq ölkəsi olan Rusiyanın kitab sənətinin və ədəbi-mədəni
irsinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət
müəssisələrində müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Eyni zamanda
Rusiyanın tanınmış yazarları, tarixçiləri və elm adamlarının da sərgidə iştirak
edəcəyi gözlənilir.

Eyni zamanda, Türkiyə görkəmli yazarları, elm adamları, tanınmış aktyorları və
xüsusi tədbirlər proqramı ilə sərgidə təmsil olunur.

Sərgi noyabrın 15-nə kimi davam edəcək.

Daha çox foto burada: PhotoStock.az

Source link