Bakının ən kriminal bölgəsində soyğunçuluq hadisəsi baş verib. İki naməlum şəxs kişini döyərək onun pulunu oğurlayıblar.
Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Sentyabrın 26-na keçən gecə saat 01:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində iki naməlum şəxs Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü Baxşıyev Hikmət Möhübbət oğluna hücum edib.
Təcavüzkarlar zərərçəkmişə fiziki təzyiq göstərərək, onun 450 manat pulunu və iki mobil telefonunu qarət ediblər.
Faktla bağlı cinayət işi açılıb. Cinayətdə şübhəli bilinənlər hələ saxlanılmayıb.
Ramella İbrahimxəlilova