Bakıda adam bıçaqlayan şəxslər cəzalandırıldı

Bakıda adam bıçaqlayan şəxslər cəzalandırıldı

Baxış sayı: 4. 294 dəfə baxılıb.

Bakıda adam bıçaqlayan şəxslər cəzalandırıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Nicat Muradov, İlkin Kərimov və Sahil Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

Hökmə əsasən, N. Muradov və İ. Kərimovun ittiham olunduğu qəsdən adam öldürmə maddəsi qəsdən sağlamlığa zərər vurma maddəsinə tövsif edilib. N. Muradov 5 il, İ. Kərimov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xuliqanlıqda təqsirləndirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Sahil Əzizova isə şərti cəza verilib.  

Qeyd edək ki, martın 28-i saat 23 radələrində Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Vasif Məhəmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakini Saatlı rayon sakini Sahil Əzizov, Cəlilabad rayon sakinləri Nicat Muradovİlkin Kərimov olduqları müəyyən edilib.

Etibar Məmmədov

www.ÇıxışYolu.Com