7606ba88-448d-4fdd-8ecc-8305d7dd104f..jpg

Bakıda ağac qanunsuz olaraq kəsilib? – VİDEO

Baxış sayı: 667 dəfə baxılıb.

Bakıda ağac qanunsuz olaraq kəsilib? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ağacın qanunsuz olaraq kəsildiyi iddia edilib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Hadisənin ötən gün
paytaxtın Əhmədli rayonu Sarayevo küçəsində qeydə alındığı deyilir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin
rəhbəri İradə İbrahimovaCixisyolu.com-a açıqlamasında bildirib ki, ağac kəsildiyinə
dair iddialar təsdiqini tapmayıb:

“Sözügedən görüntülərlə bağlı əməkdaşlarımız əraziyə baxış keçiriblər. Həmin
ərazidə bir ədəd tut ağacı mövsümə uyğun olaraq budanıb, aqrotexniki qulluq
olunub. Hər hansı ağac kəsimi qeydə alınmayıb”.

Könül Cəfərli


Source link