Bakıda ağaclıq sahədə baş verən yanğın söndürülüb - VİDEO + YENİLƏNİB

Bakıda ağaclıq sahədə baş verən yanğın söndürülüb – VİDEO + YENİLƏNİB

Baxış sayı: 2. 949 dəfə baxılıb.

Bakı şəhərinin Yasamal rayonunda açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə FHN məlumat yayıb. 

16:29

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonu ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. 

İlkin məlumata görə, təxminən 2 ha sahədə quru ot və məişət tullantıları yanıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

15:53

Bakıda Yasamal rayonu ərazisində yanğın başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, yanğın “Nəriman Nərimanov” heykəlinin aşağı hissəsində olan ağaclıq sahədə qeydə alınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Video: Baku.ws
www.ÇıxışYolu.Com