Gecə saatlarında ölümlə nəticələnən yol qəzası baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə noyabr ayının 2-i saat 03:10 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.
Rayonun Maştağa qəsəbəsində Bakı şəhər sakinləri 1983-cü il təvəllüdlü Elşad Nazim oğlu Məmmədşərifov idarə etdiyi “Opel” markalı 99-DD-513 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1988-ci il təvəllüdlü İsgəndər Dadaş oğlu Muradovun idarə etdiyi “Cerry” markalı 90-EM-682 dövlət qeydiyyat nişanlı avtomobildən düşən sərnişin, 1972-ci il təvəllüdlü Fərhad Elxan oğlu Əhmədovu vurub.
Nəticədə Fərhad Əhmədov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli