247dd64d-534e-4f77-8997-255611829df5.webp

Bakıda ağmaskalı oğru PEYDA OLUB: Polis onu axtarır

Baxış sayı: 58 dəfə baxılıb.

Bakının Sabunçu rayonunda evdən oğurluq edən ağmaskalı şəxs təhlükəsizlik
kameralarına düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov
Cixisyolu.com-a açıqlamasında bildirib ki, paytaxtın Sabunçu qəsəbəsi ərazisində
yerləşən evlərin birindən oğurluq edilməsilə bağlı polisə məlumat daxil olub.

“Oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində
tədbirlər görülür”, – deyə qurum rəsmisi bildirib.

14:24

Bakıda evə girən oğru kameralara düşüb.

Lent.az-ın xəbərinə görə, hadisə paytaxtın Sabunçu qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətinə hasardan aşaraq
daxil olan, ağmaskalı oğru oradan bahalı əşyaları oğurlayıb. Oğrunun bütün
hərəkətləri evdə quraşdırılan təhlükəsizlik kameralarına düşüb. Hadisə ilə
bağlı polisə məlumat verilib.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən olunaraq saxlanılması
istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Oğrunun görüntülərini təqdim edirik:

Bakıda ağmaskalı oğru PEYDA OLUB: Polis onu axtarır
Bakıda ağmaskalı oğru PEYDA OLUB: Polis onu axtarır

Source link