22c6e699-333d-48a6-9a35-0953c423af72.jpg

Bakıda ailə faciəsi: Həyat yoldaşını öldürüb, sonra intihar etdi

Baxış sayı: 123 dəfə baxılıb.

Bakının Nizami rayonunda ailə faciəsi baş verib.

Məlumata görə, 70 yaşlı Azər Rəfiyev aralarında yaranan mübahisə zamanı 63
yaşlı həyat yoldaşı İradə Rəfiyevaya kəsici-deşici alətlə xəsarət yetirərək onu
yaşadıqları mənzildə qətlə yetirib. A.Rəfiyev daha sonra intihar edərək öz
həyatına da son qoyub.

Ər-arvadın qonşuları baş vermiş hadisə barədə Baku TV-yə danışıblar.

Qonşulardan biri onların arasında əvvəllər hansısa mübahisənin olması barədə
heç nə eşitmədiyini bildirib.

“Eşidəndə inanmadım. Səssiz, mehriban insanlar idilər. Qonşular onlardan heç
vaxt şikayət etməyiblər”, – deyə o söyləyib.

Başqa bir qonşu isə deyib ki, onların heç kimlə işləri olmayıb: “Birlikdə
bazarlıq edirdilər. Həmişə salam verib kefimizi soruşurdular”.

Daha ətraflı Baku Tv-nin süjetində:

Bakıda ailə faciəsi: Həyat yoldaşını öldürüb, sonra
intihar etdi
Bakıda ailə faciəsi: Həyat yoldaşını öldürüb, sonra intihar etdi

08:46

Oktyabrın 29-da saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində
yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna
məlumat daxil olub.

Bu barədə Nizami Rayon Prokurorluğundan Cixisyolu.com-a bildirilib.

Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları
mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlə
xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə
əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən
adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət
işi başlanaraq istintaq aparılır.

30 oktyabr, 00:00

Bakıda qətl hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunun 8-ci kilometr
qəsəbəsi ərazisində baş verib. Şəxsiyyəti hələlik məlum olmayan kişi əvvəlcə
arvadını, sonra isə ilkin ehtimala görə, özünü bıçaqlayaraq öldürüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən ər-arvadın meyitini
aşkar ediblər. Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində
araşdırma aparırlar.

Source link