7615e73f-63ac-43e1-9355-8de59d395f5f..jpg

Bakıda almaniyalı qıza təcavüz edən şəxsə hökm oxundu

Baxış sayı: 996 dəfə baxılıb.

Bakıda almaniyalı qıza təcavüz edən şəxsə hökm oxundu

Paytaxtın Səbail rayonu ərazisində Almaniya vətəndaşı olan 20 yaşlı qıza
təcavüz etməkdə ittiham olunan şəxsə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən ilin payızında qeydə alınıb. İttihama
görə, paytaxtın mərkəzindəki gecə klubunda sərxoş halda olan qızı kirayə
yaşadığı evə aparan 1994-cü il təvəllüdlü F.Abdullayev zorlayıb. O, Cinayət
Məcəlləsinin 149.1-ci (Zorlama) maddəsi ilə təqsirli bilinib. Bakı Ağır
Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.

Məhkəmədə bildirilib ki, Azərbaycana könüllü kimi gəlmiş və Sumqayıtda
rəfiqəsi ilə birgə yaşayan Katherina K. (ad və soyad şərti – red.) oktyabrın
7-də və 8-də dostları ilə əvvəlcə evdə, daha sonra gecə klublarında içki qəbul
edib. Gecə saat 4 radələrində ona yaxınlaşan F.Abdullayevin dəvəti ilə həmin
şəxsin evinə gedib. Hadisə də həmin vaxt baş verib.

Şikayətçinin sözlərinə görə, ağır dərəcəli sərxoş vəziyyətdə olduğundan həmin
şəxslə necə getdiyini və hadisənin tam olaraq necə baş verdiyini xatırlamasa
da, ona təcavüz edildiyini düşünür. Zərərçəkmiş qadın məhkəmədə bildirib ki,
hadisə nəticəsində bakirəliyi pozulub. 20 yaşlı qızın üzərindəki xəsarətlər və
digər ekspertiza nəticələri də təcavüzün baş verdiyini təsdiq edib.

Source link