Bakının Sabunçu rayonu ərazisində baş vermiş ikili qətlin qurbanların yaxın qohumunun törətməsindən şübhələnilir.
ÇıxışYolu.Com-a bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə meyitləri aşkar edilib.
Qadınlara çox sayda bıçaq yaraları vurulub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şübhəli şəxsin adı açıqlanmır, belə ki, o, hələlik saxlanılmayıb. Əməliyyat-istintaq qrupunun üzvləri qətli törətdiyi ehtimal olunan şəxsin Azərbaycan sərhədlərini tərk etməyə müvəffəq olduğunu müəyyən edib. Məlumdur ki, o, Rusiyada yaşayır və Bakıya bir günlük doğmaları ilə hesablaşmaq üçün gəlib.
İstintaqın versiyasına görə, kişi qadınları yüngül münasibətlərdə şübhəli bilib və ailənin rüsvayçılığını qanla yumaq qərarına gəlib. Bu versiya araşdırılır.
Faktla bağlı araşdırma davam edir.
Ramella İbrahimxəlilova