Bakının Nərimanov rayonunda 53 yaşlı qadın qızı tərəfindən döyülüb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə rayonun Rufulla Axundov küçəsində baş verib. 1966-cı il təvəllüdlü Əkbərova Məhbubə Allahyar qızı öz qızı, Arzu adlı xanım tərəfindən döyülüb. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qızı tərəfindən döyülüb küçəyə atılan ana Nəsimi Rayon Mənzil Kommunal İstehsalat Birliyində süpürgəçi işləyir.
3 gündür küçədə gecələyən Məhbubə Əkbərovanın bildirdiyinə görə, mənzil məsələsinə görə qızı onu döyərək təhqir edib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində istintaq işi açılıb, araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu