50be27e7-dd29-4614-90f9-d9154575a4f2..jpg

Bakıda anadan olmuş SSRİ Xalq artisti 92 yaşında vəfat edib

Baxış sayı: 763 dəfə baxılıb.

Bakıda anadan olmuş SSRİ Xalq artisti 92 yaşında vəfat edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş SSRİ Xalq artisti Murad
Kajlayev 92 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dağıstan Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Təəssüf ki, Murad Kajlayev Dağıstanda dünyasını dəyişib”, – qurumdan
bildirilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il yanvarın 15-də
imzaladığı sərəncamı ilə M.Kajlayev Azərbaycan mədəniyyətinin inkişafında və
Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın
möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif
edilib.

Dövlət başçısının 2021-ci il yanvarın 29-da imzaladığı digər sərəncam ilə
M.Kajlayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni
əlaqələrin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin
fəxri diplomu” ilə təltif olunub.

Qeyd edək ki, Murad Maqomedoviç Kajlayev 1931-ci il yanvar ayının 15-də Bakı
şəhərində həkim ailəsində doğulub. Onun atası Maqomed məşhur həkim, keçmiş
SSRİ-də görkəmli lorinqoloq idi.

Hələ erkən yaşlarında Muradın musiqi istedadı üzə çıxıb. Onu o zaman
Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik orta ixtisas musiqi
məktəbinin (indiki Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin)
fortepiano ixtisası sinfinə qəbul ediblər. 1949-cu ildə M.Kajlayev
müvəffəqiyyətlə fortepiano ixtisası sinfini bitirərək, Ü.Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə daxil olub. O,
təhsilini tanınmış bəstəkar-pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq
sinfində alıb.

M.Kajlayev dirijorluq üzrə təcrübə dərslərini dahi maestro Niyazidən dərs
alıb. O, daha sonra Dağıstanın paytaxtı Mahaçqala və Rusiyanın paytaxtı
Moskvada işləyib.

Source link