Bakıda anasını öldürən oğul tutuldu

Bakıda anasını öldürən oğul tutuldu

Baxış sayı: 2. 622 dəfə baxılıb.

Qaradağ rayonunda anasını qətlə yetirən şəxs saxlanılıb.

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, gecə saatlarında Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova hələlik bilinməyən mübahisə zəminində oğlu, 1984-cü ildə doğulan Cəlil Ağasəlim oğlu İslamov tərəfindən qətlə yetirilib.

C.İslamov əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, sonra onu boğub. Zərərçəkmiş digər oğlunun köməyilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

www.ÇıxışYolu.Com