Bakıda anasının sevgilisi tərəfindən öldürülən 14 yaşlı qızın görüntüsü
yayıldı – YENİLƏNİB + FOTO/VİDEO
Fevralın 2-si saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində anasının
qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən bıçaqlanaraq ölən 14 yaşlı qızın
fotoları yayılıb.
“Qafqazinfo” sözügedən fotonu əldə edib.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il
təvəllüdlü Günay Şadatova 1981-ci il təvəllüdlü Zaur Babayev tərəfindən
bıçaqlanıb.
Həkimlərin səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün
olmayıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi
münasibətdə olduğu müəyyən olunaraq saxlanılıb.
10:33
Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi
detallar məlum olub.
Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, fevralın 2-də gecə saatlarında 1981-ci il
təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü
Əfsanə Şadatovanın evinə gəlib.
O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb.
Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb.
Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
09:28
Fevralın 2-də saat 1 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində 1980-ci il
təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın
kəsilmiş-deşilmiş xəsarətlər almaları ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri
tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın
qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən
olunaraq saxlanılıb.
Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
Araşdırma aparılır.
İlhamə Əbülfət