Bakıda aptekə bıçaqla basqın edən qadına hökm oxundu

Bakıda aptekə bıçaqla basqın edən qadına hökm oxundu

Baxış sayı: 2. 850 dəfə baxılıb.

Bakıda aptekə bıçaqla basqın edən qadına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində aptekə bıçaqla basqın etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Aygün Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 

Hökmə əsasən, A. Əliyeva səkkiz il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə bu ilin martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Qeyd edilən ərazidə yerləşən aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aygün Əliyeva saxlanılıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Aygün Əliyeva daha əvvəldə məhkumluq həyatı yaşayıb.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com