b1f9695f-c085-4615-bc66-42b22bd6d9dc.jpg

Bakıda arvadına ağır xəsarət yetirən şəxs onun nənəsi ilə bacısını bıçaqladı

Baxış sayı: 249 dəfə baxılıb.

Bakıda arvadına xəsarət yetirərək və onun nənəsi ilə bacısını bıçaqlayan Elnur
Əliyevin

cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.

Cixisyolu.com-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi
Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəməyə
ifadə verməkdən imtina edib.

Onun ibtidai istintaqa verdiyi ifadəsi hakim tərəfindən prosesdə elan edilib.
Məlum olub ki, Elnur Əliyev həyat yoldaşı Elminaz Əliyeva ilə telefonla əlaqə
saxlayaraq onun anasıgildən evinə qayıtmasını tələb edib. Elminaz isə buna
cavab olaraq, onunla yaşamaqdan imtina edib birgə yaşamaq istəmədiyini və
boşanmaq istədiyini bildirib. Aralarında baş verən mübahisədən hirslənərək
Elnur həyat yoldaşından qisas almaq niyyəti ilə bıçaq əldə edərək Elminazın
anasının evinə gəlib.

Həyətə daxil olaraq həyat yoldaşını səsləyib. Baldızı Aysel Məmmədova Elnurla
bacısı arasında olan mübahisəni sakitləşdirməyə cəhd etsə də, buna nail
olmadıqda nənəsi Laçın Tatulovanı çağırıb. Bundan sonra tərəflər arasındakı
mübahisə daha da gərginləşib. Elnur Əliyev mübahisə zamanı tərəflərin hər
birinə əli ilə bir neçə zərbə vurub. Bundan sonra o, baldızı Ayselə 3 dəfə
bıçaqla yüngül zərbə vurub.

Onların mübahisəsi evə daxil olduqdan sonra da davam edib. Elnur həyat
yoldaşını yerə yıxaraq bıçağı göstərərək boğazını kəsməklə hədələyib. Laçın
Tatulova nəvəsinin bu halını görərkən Elminazı onun əlindən almağa çalışıb.
Elnur bu zaman ona bıçaqla zərbə vurub.

Məhkəmənin növbəti prosesi noyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, mayın 17-də Sabunçu qəsəbəsində 1963-cü il, 2005-ci il və
2006-cı il təvəllüdlü üç qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə
məlumat daxil olub. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərərvurmada
şübhəli bilinən Elnur Əliyev saxlanılıb.

Source link