Bakıda arvadını bıçaqlayana şərti cəza verildi

Bakıda arvadını bıçaqlayana şərti cəza verildi

Baxış sayı: 2. 217 dəfə baxılıb.

Bakıda arvadını bıçaqlayana şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Niyaməddin Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, N.Tağıyevin barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. 

Qeyd edək ki, N.Tağıyev Bakıda ailə münaqişəsi zəminində həyat yoldaşı Şahnaz Tağıyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. 

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan N.Tağlyevanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.