55580e6f-dc4c-45a5-9aa6-fd94e9dc8bb2..jpg

Bakıda arvadını öldürən şəxs psixiatriya müəssisəsində məcburi müalicəyə göndərilib

Baxış sayı: 795 dəfə baxılıb.

Bakıda arvadını öldürən şəxs psixiatriya müəssisəsində məcburi müalicəyə
göndərilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən
İlham Həşimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud
Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində təkrar psixoloji
ekspertiza keçirilməsini istəyib.

Məhkəmənin qərarına əsasən, İ.Həşimov ixtisaslaşdırılmış psixiatriya
müəssisəsində məcburi stasionar müalicə edilməlidir.

Belə ki, o, cinayət məsuliyyətindən və cəzadan azad olunub.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Xətai rayonunda qeydə
alınıb. 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində
aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək
1966-cı il təvəllüdlü Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib. İ.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam
öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Source link