Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Baxış sayı: 3. 075 dəfə baxılıb.

Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rasim Çərtikovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, bu ilin fevral ayında Binəqədi rayonunda Rasim Çərtikov 33 il yaşadığı həyat yoldaşı Arifə Çərtikovaya bıçaqla çoxsaylı zərbələr vuraraq, onu qəsdən həyatdan məhrum edib. Həmin gün o Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və dindirilərkən cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Məhkəmə prosesində Rasim Çərtikov ittiham üzrə özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən təqsirləndirilən şəxs deyib ki, arvadı öz istəyi ilə dayəlik işinə başlayıb. Onun işləməsinə əvvəl razı olmayıb, 2 ay özü onu işə aparıb :

Günlərin bir günü Arifə gəlib dedi ki, gecə növbəsində işləmək istəyirəm. Buna görə dalaşdıq, küsüb atasının evinə getdi. Yaxın adamla qayınanamgilə gedib, onu evə gətirdim. Arifə ilə yalnız gündüz növbəsində işləməsi barədə razılaşdıq. Əvvəl sözünə əməl etdi, lakin sonra yenə fikrini dəyişdi, hətta Türkiyəyə getmək istəyirdi.

İfadəsini davam etdirən R.Çərtikov bildirib ki, hadisə günü aralarında yenə də işi ilə əlaqədar mübahisə düşüb :

Arifə dedi ki, öldürsən də işdən çıxmayacağam. Əsəbiləşib, bıçağı mənə sarı atdı. Yaxınlaşıb dedim ki, niyə məni buna vadar edirsən? Mən səni öldürmək istəmirəm. Sakitləşdirib, yataq otağına apardım. Yaxınlıq etmək istədim. Mənə qayıdıb dedi ki, kişi kimi səndən həzz almıram. Bunu eşidəndə, artıq dözmədim, bıçaqla zərbələr vurdum.

Təqsirləndirilən şəxsin bu sözləri zərərçəkmiş tərəfi qəzəbləndirib, buna görə iclas zalında gərginlik yaşanıb. 

Məhkəmənin nöbvəti iclası iyulun 2-ə təyin olunub

www.ÇıxışYolu.Com