Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsində avtomobil yolunda asfalt çöküb.
ÇıxışYolu.Com xəbər verir ki, həmin ərazi bir neçə gün öncə çökmüş və təmir olunmuşdu. Ancaq bir neçə saat əvvəl yolda yenidən çöküntü meydana gəlib.
Hadisə yerinə Dövlət Avtomobil Yolları Agentliyinin əməkdaşları cəlb olunub.
Hazırda bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, tıxac müşahidə olunur.
Əli Məmmədov
Foto: Elnur Uğur
www.ÇıxışYolu.Com