1e4bd3e0-ead9-4c52-9cd3-4f2acd6d19f5..jpg

Bakıda ata 13 yaşlı oğlunu və xəstə arvadını döydü

Baxış sayı: 944 dəfə baxılıb.

Bakıda ata 13 yaşlı oğlunu və xəstə arvadını döydü

Bakıda 13 yaşlı oğlan ögey atası tərəfindən döyülüb.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Bu barədə uşaq özü Binəqədi Rayon İcra Hakimiyyətinin müvafiq komissiyasına
müraciət edib. Onun sözlərinə görə, ögey atası onu və xəstə anasını mütəmadi
olaraq, döyüb.

Hadisə ilə bağlı Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları
tərəfindən tədbirlər görülüb. Ailə kirayədə yaşadığı və tez-tez ərazini
dəyişdiyi üçün onları tapmaq bir az çətinləşib. Ancaq polislər İcra Hakimiyyəti
və QHT nümayəndələri ilə birgə ailənin yaşadığı mənzili taparaq, baxış
keçiriblər. Bu zaman uşağın iddiaları təsdiqini tapıb. Uşağın bədənində döyülmə
əlamətləri aşkar görünüb. Həmçinin tibbi ekspertiza da faktı təsdiq edib.

Hazırda azyaşlının atasına əməllərinə görə, qiymət verilməsi üçün adı çəkilən
şöbədə araşdırma aparılır. Azyaşlı və anası isə İcra Hakimiyyəti ilə QHT-nin
nəzarətindədir.

Source link