883cd728-ea38-48b7-a028-ec10a3bc1d23..jpg

Bakıda ata və oğul elektronika almaq istəyən qadını aldatdılar

Baxış sayı: 1. 223 dəfə baxılıb.

Bakıda ata və oğul elektronika almaq istəyən qadını aldatdılar

Bakıda elektronika əşyaları almaq istəyən qadın dələduzluqla üzləşib.

Lent.az xəbər verir ki, televizor, “PlayStation” aparatları və “iPhone”
telefonları almaq istəyən Bakı şəhər sakini P.Əliyeva M.Ellazov və atası
E.Ellazova müraciət edib. Ata-oğul qadından istədikləri avadanlıqları
gətirəcəkləri müqabilində ümumilikdə 8 782 manat məbləğində pul alıblar.

Ancaq onlar vədlərini yerinə yetirməyiblər. Aldadıldığını görən qadın
hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə ata və oğul istintaqa cəlb
olunublar. Onlar barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ata və oğul barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı davam edir.

Source link