06cb8673-f634-4c05-9736-6cd786d98881.jpg

Bakıda ata və oğul qohumlarını bıçaqladılar: Buzovnadakı dəhşətli qətlin TƏFƏRRÜATI

Baxış sayı: 293 dəfə baxılıb.

Bakıda üç nəfərin bıçaqlanması ilə nəticələnən cinayətin təfərrüatı məlum olub.

Belə ki, oktyabrın 6-da gecə saat 2 radələrində paytaxtın Xəzər rayonu
ərazisində yaşayan Etiqad Hacıyev yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə
qonşuluqda yaşayan Qurban Məlikovla mübahisə edib.

Daha sonra həmin mübahisəyə Könül Məlikova və Məzahir Məlikov qoşulub.

E.Hacıyev oğlu ilə birlikdə həmin şəxslərə çoxsaylı bıçaq xəsarətləri yetirib.

Hər üç şəxs xəstəxanaya çatdırılsa da, Qurban Məlikovun həyatını xilas etmək
mümkün olmayıb.

Baku TV hadisə yerindən görüntüləri təqdim edir:

Bakıda ata və oğul qohumlarını bıçaqladılar: Buzovnadakı
dəhşətli qətlin TƏFƏRRÜATI
Bakıda ata və oğul qohumlarını bıçaqladılar: Buzovnadakı dəhşətli qətlin
TƏFƏRRÜATI

11:28

Oktyabrın 6-da gecə saat 2 radələrində paytaxtın Xəzər rayonu ərazisində
1977-ci il təvəllüdlü Qurban Məlikovun qəsdən öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Cixisyolu.com xəbər verir ki, bu barədə Xəzər Rayon Prokurorluğundan bildirilib.

Araşdırma zamanı yetkinkinlik yaşına çatmayan Ə.N-nin (şərti) rayonunun
Buzovna qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qohumu və qonşusu
Qurban Məlikova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən
adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinkinlik yaşına çatmayan Ə.N
(şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

09:12

Bakıda üç nəfər bıçaqlanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti
məlumat yayıb.

Bildirilib ki, oktyabrın 6-da gecə saat 01 radələrində Xəzər rayonunun Buzovna
qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyev
şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il
təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici
alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə
şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıblar.

Hadisə nəticəsində Q.Məlikov ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədənlər və zərərçəkənlər həm qohum, həm də qonşu
olublar.

Source link