Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq əməlləri törətmiş
şəxs həbs edilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, E.Abdullayev barəsində Cinayət
Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına
çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş başlanılıb.
İş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə prosesi oktyabrın 15-də başlayacaq.