932b1d50-2604-4ebf-b5fc-c7f15e66b6b5..jpg

Bakıda avtobus doqquz maşına çırpıldı: Xəsarət alanlar var – FOTO/VİDEO

Baxış sayı: 942 dəfə baxılıb.

Bakıda avtobus doqquz maşına çırpıldı: Xəsarət alanlar var – FOTO/VİDEO

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Əsəd Əhmədov küçəsində baş verib.

114 nömrəli marşrut üzrə “Daewoo” markalı avtobusu idarə edən sürücü sükana
nəzarəti itirərək qarşısında hərəkətdə olan “Volkswagen” markalı maşına
çırpılıb.

Avtobusun çırpıldığı maşın “Opel” və “Chevrolet”ə dəyib. Daha sonra
ardıcıllıqla “Toyota” markalı minik maşını “QAZel”ə çırpılıb. “QAZel”
ardıcılıqla hərəkətsiz vəziyyətdə dayanan minik maşınlarına çırpılıb. Qəza
nəticəsində ümumilikdə 8 minik maşını, 1 yük avtomobili və sərnişin avtobusuna
ciddi ziyan dəyib. Hadisə zamanı “Opel” və “Chevrolet”də olan iki sərnişin
xəsarət alıb.

Source link