Bakıda avtobus sürücüsü: Elə sürərəm ki, qıraram sizi - VİDEO

Bakıda avtobus sürücüsü: Elə sürərəm ki, qıraram sizi – VİDEO

Baxış sayı: 2. 350 dəfə baxılıb.

Sürücü avtobusu elə idarə edib ki, sərnişinlərdən biri yerə yıxılıb və ayağı zədələndiyindən qalxa bilmir. Lakin sürücü bu vəziyyətdə belə avtobusu saxlamayıb və sürətlə hərəkətə davam edib.

ÇıxışYolu.Com-ın Xəzər TV-yə istinadən məlumatına əsasən, görüntülər “Xətai” metrosu ilə Sabunçu rayonu, Ramana qəsəbəsi arasında fəaliyyət göstərən 49 saylı marşrut avtobusunda lentə alınıb. 

Üstəlik, videonu çəkən xanım, sürücünün sərnişinlərə “elə sürərəm ki, qıraram sizi” dediyini də iddia edir. 

Hadisə şahidinin sözlərinə görə, xanım yıxıldıqdan sonra digər sərnişinlər avtobusu saxlamağı tələb etsə də, sürücü buna məhəl qoymayıb. Üstəlik, xanımın yanında az yaşlı uşaq da olub.

49 saylı marşrut xəttinin nəzarətçiləri isə bu hadisəni törədən sürücünün işdən azad edildiyini bildirir.

www.ÇıxışYolu.Com