6127ada2-a456-4d5d-8110-f31784f1ade1..jpg

Bakıda avtobusla “KamAZ” toqquşdu: Xəsarət alanlar var – FOTO

Baxış sayı: 1. 120 dəfə baxılıb.

Bakıda avtobusla “KamAZ” toqquşdu: Xəsarət alanlar var – FOTO

Bu gün səhər saatlarında Bakıda 29 saylı marşrut üzrə hərəkət edən avtobusla
yük avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş
verib.

“KamAZ” markalı yük avtomobilinin avtobusun arxa hissəsinə çırpılması
nəticəsində avtobusda olan sərnişinlərdən bir neçəsi müxtəlif dərəcəli bədən
xəsarəti alıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlib.

Faktla bağlı araşdırma aparılır.

Source link