Bakıda avtomatla iki nəfəri güllələdi, prokuror protest verdi

Bakıda avtomatla iki nəfəri güllələdi, prokuror protest verdi

Baxış sayı: 1. 969 dəfə baxılıb.

Bakıda avtomatla iki nəfəri güllələdi, prokuror protest verdi

Bakı Apellyasiya Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Hikmət Abbasquliyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestsi və apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası noyabrın 5-nə təyin edilib. 

Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən 2018-ci ilin avqustun 9-da naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə, N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü “isti izlər”lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub.

H.Abbasquliyevdən bir ədəd nömrəsi silinmiş AKMS markalı silah, 17 ədəd patron və bir ədəd patron darağı maddi sübut kimi götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Abbasquliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti və təqsirləndirilən şəxslə zərərçəkmiş apellyasiya şikayəti verib.